Azərbaycan və Monteneqro arasında 4 sənədin imzalanması məqsədilə müzakirələr aparılır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“İndiyədək iki ölkə arasında 15 sənəd imzalanıb. Hazırda daha 4 sənəd müzakirə mərhələsindədir”, - E.Məmmədyarov cümə axşamı Bakıda Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçlə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlıq səviyyəsi qurulub.
Bununla belə, nazir iqtisadi əməkaşlığın inkişafının zəruriliyini vurğulayıb.
S.Darmanoviç bildirib ki, danışıqlar zamanı Monteneqronun baş naziri və parlamentin spikerinin Azərbaycana səfərinin təşkili məsələləri müzakirə olunub.
O, həmçinin E.Məmmədyarovu Monteneqroya səfərə dəvət edib. **
R.Babayev