Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, rusiyalı həmkarı Sergey Lavrov ilə Azərbaycan, Ermənistan və RF XİN rəhbərlərinin üçtərəfli görüşünün təşkili məsələsini müzakirə edib.
“Dünən Tehranda Sergey Lavrovla bu məsələni müzakirə etdik”, - E.Məmmədyarov cümə axşamı Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, noyabrın 16-da Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri keçiriləcək. Həmin görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişatı müzakirə ediləcək.
“Bu səbəbdən rusiyalı nazir ilə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri ilə üçtərəfli görüşün keçirilməsi imkanı müzakirə olunub”, - E.Məmmədyarov əlavə edib ki, bu cür görüşün keçirilməsi hələlik dəqiqləşdirilməyib. **
R.Babayev