Ermənistan Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan və bu ölkənin qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan istifadə edə bilər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Əgər Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan istifadə etmək istəyirsə, o zaman əvvəlcə Dağlıq Qarabağ münaqişəsi nizamlanmalı və Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır", - deyə o, Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçlə keçirdiyi birgə mətbuat konfransında vurğulayıb.
E.Məmmədyarov qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistanla iqtisadi əməkdaşlıq qurmağa imkan verəcək.
«Azərbaycan heç kimə qarşı təcavüz siyasəti yürütməyib. Münaqişənin nizamlanacağı təqdirdə isə Ermənistanla mehriban qonşuluq münasibətləri və iqtisadi əməkdaşlıq qurmaq olar", - deyə nazir vurğulayıb.*
R.Babayev