Prezident İlham Əliyev və Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç noyabrın 2-də Bakıda enerji və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Azərbaycan ilə Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memoranduma toxunan prezident İ.Əliyev bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd edib.
O əlavə edib ki, Azərbaycan və Monteneqro inkişaf etmiş turizm infrastrukturuna malikdir və hər iki istiqamətdə daha çox turistin gəlməsinə ehtiyac var.*
B.Rüstəmbəyov