Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, yaxın zamanda Rusiya lideri Vladimir Putin ilə Dağlıq Qarabağ problemini müzakirə etmək niyyətindədir.
“Bu məsələni gələn həftə və ya bir həftədən sonra bilavasitə prezident Putin ilə müzakirə edəcəyəm. Görünür, Putin real olaraq məşğul olarsa, bu məsələdə nəticə əldə etmək daha asanlaşacaq”, - cümə günü “Hürriyyet” qəzeti prezidentin sözlərindən sitat gətirib.
Həmçinin, R.Ərdoğan məlumat verib ki, prezident İlham Əliyev ilə Dağlıq Qarabağ problemini müzakirə edib. Nəşrdə vurğulanıb ki, prezidentin sözlərinə görə, bu məsələdə Türkiyə əvvəlki kimi Azərbaycanın tərəfində olacaq. **