Ermənistanın baş naziri Karen Karapetyan bəyan edib ki, erməni iş adamları Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun xidmətlərindən faydala bilər, lakin bu, təkliflərdən asılıdır.
"Bakı-Tbilisi-Qars dəmir yolunun xidmətlərindən istifadə edib-etməyəcəyimiz təkliflərdən asılıdır. Erməni iş adamları sərfəli olacağı halda BTQ-nin xidmətlərindən istifadə edəcəklər”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Ermənistan yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər.
“Əgər Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyirsə, o zaman əvvəlcə Dağlıq Qarabağ münaqişəsi nizamlanmalı və Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır", - deyə o, Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçlə keçirdiyi birgə mətbuat konfransında vurğulayıb.
Oktyabrın 30-da Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi mərasimi baş tutub.*