Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.
“Azərbaycanlı həmkarımla həmçinin Monteneqronun baş naziri Duşko Markoviç və parlamentinin spikerinin Bakıya səfəri məsələsini müzakirə etdik”, - S.Darmanoviç cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovlabirgə mətbuat konfransında bildirib.
O, Monteneqronun Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
“Azərbaycan strateji tərəfdaşımızdır. Bakı ilə iqtisadi, həmçinin energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıyıq. TAP layihəsində iştiraka hazırıq”, - S.Darmanoviç vurğulayıb.
Onun sözlərinə görə, Monteneqro sahillərinə Azərbaycan qazının tədarükü ikitərəfli strateji əməkdaşlığı genişləndirəcək.
“Təhsil, ASK, turizm və digər sahələrdə əməkdaşlığın inkişfı üçün yaxşı potensiala malikik”, - nazir qeyd edib.
S.Darmanoviç bildirib ki, Monteneqro Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. “Münaqişələrin sülh yolu ilə həllinin, konstruktiv dialoqun tərəfdarıyıq. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun yardımı və BMT-nin qətnamələri nəzərə alınmaqla həll olunmalıdır”, - o bəyan edib. **
R.Babayev