Cümçə axşamı Ermənistan silahlı qüvvələri tərəfindən gündüz saatlarında Tovuz rayonunun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub”, - məlumatda deyilir.
“Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb”, - məlumatda vurğulanır. **
F.İsazadə