Azərbaycan prezidenti İlham Əliyev Şinzo Abeyi Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm”, - İ.Əliyevin təbrikində deyilir .
Prezident Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə edib. “Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik”, - təbrikdə qeyd edilir.
İ.Əliyev S.Abeyə fəaliyyətində uğurlar diləyib. **
F.İsazadə