Bakı və Ankara mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılmasını müzakirə edirlər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və türkiyəli həmkarı Numan Kurtulmuş ilə 3-cü Milli Turizm Sammitindəgörüş zamanı turizm sahısində əməkdaşlıq perspektivləri, xüsusilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması müzakirə edilib”, - məlumatda deyilir.
Nazirlər iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparıblar.
“Həmçinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması, turizm və rekreasiya zonalarının yaradılması sahəsində əməkdaşlığın qurulması, Bakı–Tbilisi–Qars dəmiryolu üzrə turist mübadiləsinin təşkiliməsələkərinə toxunulub”, - məlumatda qeyd edilir. **
R.Babayev