“Azərkosmos” ASC 2017-ci il üçün maliyyə hesabatının auditinin aparılması üçün auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Seçim kotirovka sorğusu üsulu ilə həyata keçirilir.
Sorğuda iştirakda maraqlı olan şirkətlərdən təkliflər noyabrın 13-dək qəbul edilir. Təkliflərin açılması proseduru noyabrın 14-də baş tutacaq.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir. **
A.Əzizov