Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci il üzrə maliyyə hesabatının auditini aparmaq üçün auditor şirkəti seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Təkliflər noyabrın 10-dək qəbul olunacaq.
SKMF oktyabr ayında iki dəfə kotirovka sorğusu elan etsə də, iddiaçıların sayı 3-dən az olub.
SKMF-in 2016-cı il üçün maliyyə hesabatının auditini “RSM Azerbaijan” auditor şirkəti aparmışdı.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğin 150 mln. manat təşkil edəcəyi planlaşdırılır.*
A.Əzizov