Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ilk yük qatarı Türkiyənin Qars əyalətinə çatıb. Bunu TCDD Taşımaçılık AŞ-nin baş direktoru Veysi Kurta istinadən Türkiyə mətbuatı məlumat verib.
“Qatar 40 saata BTQ ilə Azərbaycandan Türkiyəyə 846 kilometr yol qət edib. Qarsdan qatar son təyinat məntəqəsi Mərsin şəhərinə yola düşüb. Bu da 40 saata yaxın zaman alacaq”, - V.Kurt qeyd edib.
Onun sözlərinə görə, bu qatarla Mərsinə 900 ton taxıl göndərilib.
O cümlədən, V.Kurt məlumat verib ki, hazırda BTQ ilə yük daşımalarının həcmi illik 7 mln. ton səviyyəsində proqnozlaşdırılır. Perspektivdə bu göstərici 17 mln. tona çata bilər.
Xəbər verildiyi kimi, oktyabrın 30-da Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi mərasimi keçirilib. **
N.Abbasova