Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının 2018-ci ildə keçirilməsi planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev və Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviç Bakıda Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti iclasında müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
Tərəflər enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
S.Darmanoviç Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu bildirib.*
B.Rüstəmbəyov