Ötən gün Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların 16-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev