Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Xəzər-2017” beynəlxalq təliminə cəlb olunan xüsusi texnikaya baxış keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri təlimlərdən məlumat verib.
Həmçinin, nazir operativ müşavirədə iştirak edib və gəmidən təlimlərin quru və dənizdə gedişatını izləyib.
Müşavirədə K.Heydərov qeyd edib ki, Xəzəryanı dövlətlərin təlimlərdə birgə iştirakı mühüm hadisədir. “Bu gün beş Xəzəryanı ölkə arasında yeni əməkdaşlıq formatı yaradılır. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranı sıx dostluq əlaqələri birləşdirir. Bu əlaqələr son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, - nazir vurğulayıb.
O bildirib ki, son zamanlar regionda təbii və tenogen kataklizmaların ruiski artır.
“Bu birbaşa insan fəaliyyəti ilə əlaqədar deyil, iqlim dəyişkliyi müxtəlif ölkələrdə ciddi nəticələrə səbəb olub və zamanla daha təhlükəli xarakterə çevrilir. Biz, Xəzəri sülh, əməkdaşlıq və dostluq dənizi hesab edirik. Azərbaycan, Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmət və etimada əsaslanaraq, ikitərəfli münasibətlərə mühüm əhəmiyyət verir. Çoxvektorlu əməkdaşlıq regionumuzda rifah və təhlükəsizliyin sabitliyinin təməlidir. Bununla əlaqədar, Xəzərin ekosisteminin mühafizəsi bütün Xəzəryanı dövlətlərin əsas vəzifəsidir”, - K.Heydərov vurğulayıb.
2 noyabr tarixində Bakıda Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Xəzər-2017” beynəlxalq təliminə start verilib.
Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın müvafiq strukturlarının nümayəndələri qarşlıqlı əlaqənin nəzri hissəsi məslələri və Xəzər dənizinin cənub-qərb hissəsində praktiki təlimlər zamanı icra olunacaq gələcək tədbirləri müzakirə edirlər. Beş Xəzəryanı ölkənin texnika və canlı qüvvəsi təlimlərə cəlb olunub. Təlimlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. **
F.İsazadə