Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu magistralının iqtisadi səmərəliliyinə əmindir.
“Düşünürəm ki, bu yol iqtisadi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir”, - İ.Əliyev Euronews telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu marşrut boyu yerləşən bütün ölkələr BTQ-nin xidmətlərindən istifadə edə bilər.
“Bu ən qısa yoldur. BTQ-dən başqa Asiyadan Avropa və Avropadan Asiyaya daha qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik”, - prezident vurğulayıb.
İ.Əliyev uzunmüddətli perspektivdə BTQ vasitəsilə yükdaşımaların həcmində artım gözlənildiyini qeyd edib. “Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik”, - o bildirib. **
R.Babayev