2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan banklarının ümumi xalis mənfəəti 497,7 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Bu dövrdə bankların faiz gəlirləri 1 mlrd. 437,3 mln. manat, həmçinin verilən kreditlər üzrə 1 mlrd. 58,2 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində bankların faizsiz gəlirləri 779,7 mln. manata bərabər olub.
9 ay ərzində bankların faiz xərcləri 687,8 mln. manat, o cümlədən depozitlər üzrə 284,5 mln. manat, qeyri-faiz xərcləri 708,5 mln. manat təşkil edib.
Yanvar-sentyabr aylarında bankların xalis əməliyyat mənfəəti 820,8 mln. manat təşkil edib. Bununla belə, bu dövrdə banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların yaradılmasına 321,3 mln. manat yönəldiblər.
Bankların vergi ödənilənədək mənfəəti 502,4 mln. manat, mənfəət vergisi üzrə ödənişlər 22,7 mln. manat təşkil edib. **
A.Əzizov