2017-ci il sentyabrın 30-na əhalinin bank əmanətləri 6 mlrd. 999,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
2016-cı ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 432,1 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2017-ci ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri 5,8% azalıb.
Əhalinin bank əmanətlərinin strukturunda 30 sentyabr tarixinə müddətli əmanətlərin həcmi 5 mlrd. 136,8 mln. manat (yanvar-sentyabr aylarında azalma 9,4%), tələbli əmanətlərin həcmi 1 mlrd. 862,7 mln. manat (artım 5,8%) təşkil edib.
Sentyabrın sonuna hüquqi şəxslərin banklarda depozitləri 8 mlrd. 362,9 mln. manat məbləğində (azalma 6,9%) qiymətləndirilir.
Sentyabrın 30-na banklarda əmanətlərin və depozitlərin ümumi həcmi 15 mlrd. 362,4 mln. manat (azalma 6,4%) təşkil edir.*
A.Əzizov