Nazirlər Kabineti noyabrın 3-də "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərara dəyişiklərə dair qərar qəbul edib. Bu barədə “İnterfaks-AZərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. PərvizŞahbazov Kollegiyanın sədri təyin olunub.
Kollegiyaya energetika nazirinin müavinləri Gülməmməd Cavadov, Natiq Abbasov, nazirliyin Aparatının rəhbəri İftixar Hüseynov və nazirliyin müxtəlif şöbə və İdarələrinin rəhbərləri daxildir. **
B.Rüstəmbəyov