Azərbaycan 2018-ci ildə Serbiya verilmiş kredit üzrə 66 mln. 265 min manat, Gürcüstana verilmiş kredit üzrə isə 2 mln. 264 min manat əldə edəcək. Bu barədə Hesablama Palatasının məlumatında deyilir.
“2018-ci ildə Azərbaycanın dövlət büdcəsinə Serbiya və Gürcüstana verilmiş kreditlər üzrə 68 mln. 529 min manat məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır ki, bu da 2017-ci il üçün nəzərdə tutulan məbləğdən 17 mln. 714 min manat və ya 34,9% çoxdur”, - deyə Hesablama Palatasının gələn ilin dövlət büdcəsinin layihəsinə dair rəyində bildirilir.
Daxilolmaların artımı Serbiya tərəfindən kredit üzrə ödənişlərin artması ilə əlaqədardır.
Xəbər verildiyi kimi, 2 fevral 2012-ci il tarixində Azərbaycan və Serbiya arasında saziş imzalanıb. Həmin sazişə əsasən, Azərbaycan tərəfi Serbiya və Makedoniya arasında “11-ci Dəhliz” Liq-Prelina avtomobil yolunun bir hissəsinin tikintisinə 300 mln. avro həcmində kredit ayırıb.*
A.Əzizov