2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş vermiş yanğın hadisələri zamanı 39 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilir.
“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur”, - məlumatda deyilir.
Çoxmənzilli yaşayış binalarında yanğınlar zamanı 34 nəfər (119 nəfər xəsarət alıb) həlak olub.
9 ay ərzində respublikada baş vermiş yanğın hadisələri nəticəsində 165 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% çoxdur.
Hesabat dövrü ərzində FHN əməkdaşları tərəfindən yanğın yerlərinə çağırışlar üzrə operativ olaraq 11,433 min çıxış edilib. Bununla belə, çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar üzrə 1,873 min, açıq sahələrdə yanğınlar üzrə 7,337 min, nəqliyyat vasitələrində yanğınlar üzrə 261 meşə və meşə talalarında yanğınlar üzrə 8, digər yanğınlar üzrə 1,954 min çıxış qeydə alınıb. **
F.İsazadə