2017-ci ilin birinci yarısında Azərbaycan xarici borca xidmətə $409,3 mln. məbləğində vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“Cari ilin yanvar-iyun aylarında Azərbaycanın birbaşa və zəmanətli borcu 3,8% - $7 mln. 172,6 mln. artıb”, - Palatanın 2018-ci il üçün dövlət büdcəsi layihəsi üzrə materiallarda deyilir.
Məlumata əsasən, cari ilin birinci yarısında Azərbaycan xarici borca xidmətə $409,3 mln. yönəldib. Həmçinin əsas borc üzrə ödənişlər - $323,2 mln., faizlər üzrə ödənişlər - $86,1 mln. təşkil edib.
Bütövlükdə, xarici borcun strukturunda $4 mlrd. 116,7 mln. və ya 57,4% 10 ilə qədər müddətə cəlb olunan vəsaitin payına düşüb.
Bununla belə, 1 iyul tarixinə xarici borun 74,8%-i ABŞ dollarında cəlb edilib. **
A.Əzizov