Narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin regional texniki qrupunun növbəti iclası 2017-ci il noyabrın 10-da Bakıda keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Rusiya Federasiyası ilə birlikdə narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin həmrəhbəri olan Azərbaycan region üçün ciddi təhdid olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Əfqanıstan və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirir”, - deyə məlumatda bildirilir.
İclas İstanbul Prosesi çərçivəsində keçiriləcək.*
F.İsazadə