2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda partlayışlar və təbii fəlakət və texnogen xarakterli hadisələr nəticəsində 69 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, 9 ay ərzində ölkədə 11,611 min təbii fəlakət və texnogen xarakterli hadisə baş verib, bu da 2016-cı ilin hesabat dövründən 992 fakt (9%) çoxdur.
Həmin hadisələr nəticəsində 56 nəfər həlak olub, 257 nəfər xəsarət alıb. 95 nəfər FHN-nin əməkdaşları tərəfindən xilas olunub, təbii fəlakət və texnogen xarakterli hadisələr zamanı 925 nəfər təxliyə edilib.
Yanvar-sentyabr aylarında respublikada 59 partlayış (artım 40%) baş verib, bu da 2016-cı ilin analoji dövründən 17 hadisə çoxdur. 13 nəfər həlak olub, daha 72 nəfər xəsarət alıb. **
F.İsazadə