Nazirlər Kabineti kərə yağının idxalı üzrə gömrük rüsumlarının dərəcəsinin 15%-dən 5%-dək azalmasına dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilir.
Sərəncama əsasən, bu qərar 7 dekabr 2017-ci il tarixindən qüvvəyə minir və 31 dekabr 2019-cu ilə qədər tətbiq olunacaq.
İqtisadiyyat, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi bu güzəştin tətbiqinə dair qərarı təsdiq edib.
Xəbər verildiyi kimi, son zamanlar Azərbaycanda idxal olunan kərə yağının kəskin artımı müçahidə olunur. Kərə yağının satış qiyməti bir kq üçün 15-18 manat təşkil edir. **
A.Əzizov