Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin yanvar-sentyabr ayında valyuta hərraclarında $2 mlrd. 486 mln. ümumi məbləğdə valyuta satıb. Bu Mərkəzi Bankın (AMB) pul siyasəti üzrə hesabatında qeyd edilir
«9 ay ərzində ARDNF $2 mlrd. 486 mln. məbləğində valyuta satıb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,3% azdır», - hesabatda deyilir.
Cari ilin üçüncü rübündə ARDNF $798,4 mln. məbləğində valyuta satıb.
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov