2017-ci ilin yanvar-sentyabr aylarında manat dollara qarşı 4% ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın cari ilin 9 ayı ərzində pul siyasətinə dair icmalında qeyd olunur.
“Yanvar və fevralın ilk yarısında bahalaşan dollar fevralın ikici yarısından etibarən ucuzlaşmağa balşayıb. Hesabat dövründə manatın dollara nisbətən maksimum məzənnəsi 1,92 AZN/$1 və fevralın 1-də qeydə alınıb. Minimal məzənnə 1,702 AZN/$1 olub”, - icmalda deyilir.
Yanvar-sentyabr yalarında manatın dollara qarşı orta məzənnəsi 1,7279 AZN/$1 təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı məzənnəsi 13,6%, 2015-ci ildə 98,8% ucuzlaşıb.**
A.Əzizov