2017-ci il oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 200,7 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2016-cı ilin sonuna AMB-nin valyuta ehtiyatları $3 mlrd. 974,4 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 30,8% artıb.
Oktyabr ayında bankın valyuta ehtiyatları $33,2 mln. və ya 0,6% artıb.
Xəbər verildiyi kimi, ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 20,8% azalıb.**
A.Əzizov