Azərbaycan hökuməti spirtli içki və tütün idxalına tətbiq olunan aksiz dərəcələrini iki dəfə artırmağı planlaşdırır. Bunu maliyyə naziri Samir Şərifov deyib.
"Spirtli içkilər və tütün məmulatlarının idxalı üçün aksiz dərəcələrinin iki dəfə artırılması planlaşdırılır. Lazımi təkliflər artıq hazırlanıb və tezliklə Milli Məclisə təqdim olunacaq”, - deyə o, bu gün parlament komitələri tərəfindən Azərbaycanın 2018-ci il dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı bildirib.
Nazir əlavə edib ki, aksiz dərəcələrinin artırılmasına dair təkliflər ölkə prezidentinə də təqdim olunub.
Daha əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Quliyev tütün və spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılmasının planlaşdırıldığını bildirmişdi. «İdxal olunan bəzi məhsul növləri üçün aksiz dərəcələrinin artırılması məsələsi gündəlikdədir, hökumətlə müvafiq danışıqlar aparılır. Azərbaycana idxal olunan tütün və spirtli içkilər üçün aksiz dərəcələri artırıla bilər», - deyə A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil.
«Bundan başqa, Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var, bizim vəzifəmiz isə daxili bazarı qorumaqdır», - deyə komitə sədri vurğulayıb.*
B.Rüstəmbəyov