2018-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşmalarının həcmi 1,5-2 mln. ton təşkil edəcək. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müaviniİqbal Hüseynov çərşənbə axşamı jurnalistlərə bildirib.
“Gözlənildiyi kimi, llk dəmir yolunun açılışı (İran Astarasında - İF-Az) cari ilin dekabr ayında keçiriləcək. 2018-ci ildə bu dəhlizlə yükdaşımalarının həcmi 1,5-2 mln. ton səviyyəsndə nəzərdə tutulur”, - İ.Hüseynov bəyan edib.
O xatırladıb ki, Astarada 4 yükləmə-boşaltma terminalı inşa olunacaqş Onların biri konteynerlərin qəbulu, ikincisi - neft məhsulları, üçüncüsü - taxıl və dördüncüsü - ümumi yüklər üçün nəzərdə tutulur.
Çərşənbə axşamı Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətində inkişafı üzrə işçi qrupunun dördtərəfli görüş keçirilir. Gündəlikdə Belarus-Rusiya-Azərbaycan-İran marşrutu üzrə razılaşdırılmış tarif siyasətinin formalaşdırılması və vaqon daşımalarında rəqabətə davamlı tariflərin tətbiqi məsələləridir.
Çərşənbə günü başa çatacaq görüşdə “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC, Belarus Dəmir Yolları və "İran Dəmir Yolları"nın nümayəndələri iştirak edirlər. İclasın sonunda müvafiq sənədlərin imzalanması gözlənilir. **
N.Abbasova