Maliyyə naziri Samir Şərifov ölkənin cari xarici borcunun səviyyəsinin yüksək olmadığını hesab edir.
“Azərbaycanın xarici borcu o qədər də yüksək deyil. Əgər həmin göstəricidən ABB-nin borclarının ödənilməsinə yönəltməyi planlaşdırılan məbləği istisna etsək, demək olar ki, xarici borcun məbləği dəyişməyib”, - S.Şərifov çərşənbə axşamı parlament komitələrinin 2018-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövlət iri kreditlər cəlb etmir. “Əsasən, kreditlər bu və ya digər layihələrin reallaşdırılması məqsədilə dövlət şirklətləri tərəfindən cəlb olunur”, - nazir əlavə edib.
S.Şərifov bildirib ki, Azərbaycanın xarici borcu yalnız ABB-nin borcları və “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində cəlb edilən kreditlər sayəsində artıb.
Xəbər verildiyi kimi, cari ilin yanvar-iyun aylarında Azərbaycanın birbaşa və zəmanətli xarici borcu 3,8% - $7 mlrd. 172,6 mln.-a qədər artıb.
Bununla belə, hələlik Maliyyə Nazirliyi 1 oktyabr 2017-ci il tarixinə xarici borcun həcminə dair məlumatları dərc etmir. **
B.Rüstəmbəyov