Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Avropa İttifaqı arasında sazişə toxunan dövlət başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirib. “Siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir”, - deyə o vurğulayıb.*
F.İsazadə