“Azərbaycan Beynəlxalq Bankı” ASC sığorta xidmətlərinin seçiminə dair tender élan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tender iki lot üzrə keçirilir.
Birinci lota bankda daşınmaz əmlakın icbari sığorta, həmçinin daşınmazəmlakınistismarı ilə bağlımülki məsuliyyətin icbari sığortasıdaxildir.
İkinci lot bankın balansında olan avtonəqliyyat vasitələrinin icbari və könüllü sığortasını nəzərdə tuturş
Tenderdə iştirak üşün dövlət rüsumu hər lot üzrə 100 manat təşkil edir.
Sığorta şirkətərindən təkliflər noyabrın 28-dək qəbul olunacaq. Tender proseduru noyabrın 29-da baş tutacaq. **
A.Əzizov