Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində E.Məmmədyarovun Efiopiya xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, nazir Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahlarına baş çəkəcək, Afrika İttifaqının sədri və komissarları ilə görüşlər keçirəcək.*
F.İsazadə