Azərbaycan hökuməti 2018-ci ildə ipoteka və sosial mənzillərin tikintisi sahəsinin maliyyələşdirilməsini 66,7% - 250 mln. manatadək artıracaq. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib.
“2018-ci ildə dövlət büdcəsindən ipoteka və sosial mənzillərin tikintisinə 250 mln. manat yönəldiləcək. Bu, 2017-ci ilin göstəricisindən 100 mln. manat və ya 66,7% çoxdur”, - A.Bayramov çərşənbə günü parlament komitələrinin gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O vurğulayıb ki, ümumlikdə 2018-ci ildə dövlət büdcəsinin xərclərinin 36,6%-i sosial ehtiyaclara yönəldiləcək.
Layihəyə əsasən, gələn ilə büdcənin gəlirləri 290 mlrd. 127 mln. manat (2017-ci ilin proqnozu ilə müqayisədə artım 20%), xərcləri 20 mlrd. 905,7 mln. manat həcmində proqnozlaşdırılır (artım 16,5%).
2018-ci ildə dövlət büdcəsinin kəsiri 778,7 mln. manat və ya ÜDM-in 1,1% səviyyəsində proqnozlaşdırılır. **
B.Rüstəmbəyov