Salyan Rayon İcra Hakimiyyəti "Ilkin-N" MMC-ni Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üzrə podratçı seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“"Ilkin-N” MMC Salyanda 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmir işlərini həyata keçirəcək. Noyabrda şirkətlə müvafiq müqavilə imzalanıb”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 2 mln. 974 min 610,87 manatdır.
Qeyd edək ki, prezident İlham Əliyev 2017-ci il sentyabrın 26-da “Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.*
A.Əzizov