Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadəyə birinci dərəcəli “Əmək” ordenini təqdim edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev ordeni X.Yusifzadəyə noyabrın 8-də Bakıda Azərbaycanda iki milyard ton neftin hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə təqdim edib.
X.Yusifzadə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Qeyd edək ki, prezident İ.Əliyev 2017-ci il sentyabrın 19-da X.Yusifzadənin birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.
N.Abbasova