Gələcək illərdə neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu gün Azərbaycan siyasi və iqtisadi müstəqil ölkədir. Neft sektoru, neft sənayesinin əməkdaşları iqtisadi müstəqilliyi təmin edirlər. Gələcək illərdə neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq”, - İŞƏliyev çərşənbə günü Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə bildirib.
Dövlət başçısı vurğulayıb ki, neft-qaz sektorunun inkişafı üçün zəruri tədbirlər görüləcək.
Prezident vurğulayıb ki, Azərbaycanın neft gəlirləri ARDNF-də toplanlr və bu vəsait mühüm sosial və infrastruktur layihələrə sərf olunur. Necə ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. **
A.Əzizov