Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Dağlıq Şirvan rayonunda fəaliyyət göstərən sahibkarlara 69,6 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər 1,9 mindən çox investisiya layihəsinin həyata keçirilməsinə yönəldilib.
SKMF noyabrın 8-də Ağsu rayonundasahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi istiqamətində işgüzar forum keçirib.
"Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 516 min manat güzəştli kredit verilib. Kreditlər taxılçılıq, heyvandarlıq, bağçılıq, arıçılıq, tütün emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda vurğulanır.
İndiyədək Ağsu rayonundan olan 658 sahibkara 18,2 mln. manat güzəştli kredit verilib.*
B.Rüstəmbəyov