Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək Bakı və regionlarda 58 istixana təsərrüfatının yaradılmasına güzəştli kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
"Azərbaycanda 58 istixana təsərrüfatının yaradılmasına SKMF-in xətti ilə ümumilikdə 188 mln. manat ümumi məbləğdə kredit verilib", - məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğin 150 mln. manat təşkil edəcəyi planlaşdırılır.**
B.Rüstəmbəyov