2017-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 800,6 min barel olub. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Cari ilin oktyabr ayında respublika üzrə gündəlik neft hasilatı 800,6 min barel olub. Bunun 746,8 min barelini xam neft, 53,8 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda 734,8 min barel, sentyabrda isə 785,7 min barel olub.
Nazirliyin məlumatına görə, gündəlik 628 min barel xam neft, 53,8 min barel kondensat, 24,3 min barel isə neft məhsulları ixrac edilib.*
A.Əzizov