Azərbaycan və Meksika "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş"imzalamağı planlaşdırır. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş" layihəsi artıq hazırdır və yaxın zamanlardaimzalanacağına ümid edirəm”, - Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdə bildirib.
Səfir Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
A.Əliyev hazırda Amerika regionunda logistika sahəsində Meksika modelinin tətbiq olunmasının bu sahədə əldə olunan mühüm nailiyyətlərdən xəbər verdiyini vurğulayıb.Komitə sədri İki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını bildirib.
“Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov