Dağıstan Respublikası üzrə Rusiya Kənd Təsərrüfatı NəzarətXidmətiİdarəsinin Karantin və Fitosanitar Nəzarətin əməkdaşları qüvvədə olmayan sertifikatla Azərbaycandan gətirilən 52,2 min tondan artıq kənd təsərrüfatı bitkilərin idxalının qarşısını alıblar. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Qeyd olunur ki, “əlavə sənədlərdə həqiqi məlumatların olmaması səbəbindən 17-18 ton nar, pomidor və təzə xiyar partiyaları saxlanılıb”.
Yüklərin sahibləri bitkilərin karantini haqqında Federal qanunun bir sıra maddələrini pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunublar.
“ASK məhsulları Azərbaycana qaytarılacaq”, - KİV-də qeyd edilir. **
B.Rüstəmbəyov