Rusiya “Expo-2025” Ümumdünya sərgisinin keçirilməsi üçün Yekaterinburqu dəstəkləyir, lakin bununla belə rəqib kimi Azərbaycana hörmətlə yanaşır. Bunu RusiyaFederasiyası hökuməti sədrinin müaviniArkadiyDvorkoviç Moskvada mətbuat konfransında deyib.
“Biz Azərbaycanı Rusiyanın çox yaxın, starteji tərəfdaşı kimi qiymətləndiririk. Bakı - gənc, inkişaf edən şəhərdir, son illər ərzində burada çox sayda maraqlı layihələr meydana gəlib. Rusiya hər zaman, bilavasitə rəqabət mübarizəsində olmayanda, müxtəlif tədbirlərin keçirilməsi üçün paytaxt olaraq Bakını dəstəkləyib. Əfsuslar olsun ki, indiki vəziyyətdə biz bunu edə bilmərik, hələlik rəqabi olaraq qalırıq. Həm Osaka, həm Paris, həm də Bakıya rəqib kimi hörmətlə yanaşırıq. Buna baxmayaraq, Bakıya uğurlar arzulayırıq”, - Rusiya mətbuatı A.Dvorkoviçin sözlərindən sitat gətirir.
Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya, Fransa və Yaponiya “Exposition Universelle 2025” sərgisinə namizədliklərini irəli sürüb.
Sərgini keçirmək üçün namizəd şəhərlər Bakı, Paris, Yekaterinburq və Osakadır.
Qalib 2018-ci ilin noyabrında BİE-nin 164-cü Baş Assambleyasında 170 üzv dövlətin səsverməsi ilə müəyyənləşəcək.
Sərginin 2 may-2 noyabr 2025-ci il tarixlərində keçiriləcəyi gözlənilir.
“Exposition Universelle” sərgisi hər 5 ildən bir təşkil olunur. Sonuncu “Exposition Universelle” 2015-ci ildə Milanda (İtaliya) təşkil olunub. Növbəti sərgi 2020-2021-ci illərdə Dubayda keçiriləcək. **
A.Əzizov