Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2017-ci il sentyabrın 30-na 2 mlrd. 706,5 mln. manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 2,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Sentyabr ayında bankların xarici öhdəlikləri 2,4 dəfə və ya 3 mlrd. 721,8 mln. manat azalıb.
AMB-nin məlumatına görə, sentyabr ayının 30-na Azərbaycan banklarının ümumi xarici aktivləri 5 mlrd. 268,2 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 53,9% çoxdur. Sentyabr ayında bankların ümumi xarici aktivləri 33,4% və ya 1 mlrd. 318,4 mln. manat artıb.
"Sentyabrda bankların xarici aktivlərinin artması və xarici öhdəliklərinin azalması Beynəlxalq Bankda həyata keçirilən sağlamlaşdırma tədbirləri ilə əlaqədardır", - deyə məlumatda qeyd olunur.
2016-cı ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12% azalıb.*
A.Əzizov