Prezident İlham Əliyev Azərbaycanın maliyyə vəziyyətinin sabit olduğunu qeyd edir və strateji valyuta ehtiyatlarının daha da artacağını gözləyir.
“Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar ($42 mlrd.-a qədər - İF) artırmışıq. İlin sonunadək hələ nə qədər artacaqdır”, - deyə dövlət başçısı bu gün Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 18 faizini təşkil edir. “Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir”, – deyə İ.Əliyev qeyd edib.*
A.Əzizov