2017-ci ilin sonuna qədər Qroznının mərkəzində Azərbaycan sabiq prezidenti Heydər Əliyev adına park açılacaq. Bu barədə Çeçenistan paytaxtının meri Müslüm Xuçiyev Instagram səhifəsində məlumat verib.
“Bu gün ərazidə işlərin gedişatını yoxladım, aşkar edilən nöqsanların aradan qaldırılmasına dair əlavə tapşırıqlar verdim. Heydər Əliyev adına park Qroznının mərkəzində 10 min kvadratmetrə yaxın ərazidə yerləşəcək”, - M.Xuçiyev qeyd edib.
Merin sözlərinə əsasən, park Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun tapşırığı ilə “Müasir şəhər mühitinin formalaşması” adlı prioritet layihə çərçivəsində salınır.
Məlumata əsasən, park xatirə abidələri və Bakının simvolu və analoji tarixi qurğunun nüsxəsi olan iki Qız Qalası ilə göz oxşayacaq.
O cümlədən, parkın ərazisində ağcaqayın, cökə, qayın ağacları və müxtəlif çoxillik güllərin əkilməsi pklanlaşdırılır. **
F.İsazadə