Bu günə Azərbaycanda təsdiq olunan neft ehtiyatları 1,5 mlrd. ton təşkil edir. Bunu prezident İlham Əliyev deyib.
“Bu günə Azərbaycanda təsdiq olunan neft ehtiyatları 1,5 mlrd. ton təşkil edir, ehtiyatların proqnozu isə 2 mlrd. tondur”, - İ.Əliyev çərşənbə günü Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə bildirib.
Onun sözlərinə görə, indiyədək AÇG yataqlar blokundan 460 mln. ton neft hasil olunub. “Azəri-Çıraq-Günəşli” yatağlarının işlənməsi üzrə müqavilənin 2050-ci ilə qədər uzadılması Azərbaycanda kifayət qədər həcmdə neft ehtiyatlarının olmasından xəbər verir”, - prezident vurğulayıb.
Azərbaycanda qaz ehtiyatlarına toxunaraq, İ.Əliyev məlumat verib ki, təsdiq olunan qaz ehtiyatları 2,6 trln. kubmetr həcmində qiymətləndirilir. Proqnoz təxminən 3-4 trln. kubmetr təşkil edir. **
B.Rüstəmbəyov