1 oktyabr 2017-ci il tarixinə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 11 mlrd. 984,9 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 31-nə bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 971,2 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar-sentyabr aylarında kredit qoyuluşlarının həcmi 25% azalıb.
Cari ilin sentyabr ayında banklar kredit qoyuluşlarının həcmini 60,6 mln. manat və ya 0,5% artıb.
2016-cı ildə banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşları 24,5% azalıb. **
A.Əzizov